Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 2 medal qazanıb
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycan millisi daha 2 medal qazanıb.
Elnurə Məmmədova (55 kq) finalda rumıniyalı Andrea Beatriçe Ana ilə üz-üzə gəlib. Rəqibinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
Nigar Mirzəzadə (68 kq) isə 3-cü yer uğrunda qarşılaşmada ispan Marta Navarroyla mübarizə aparıb və rəqibini 6:3 hesabıyla məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.