Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar
Azərbaycanın qadın şahmatçıları Yunanıstanın Rodos adasında bu gün start götürəcək fərdi Avropa çempionatında mübarizə aparacaqlar.
Sportline.az xəbər verir ki, qitə birinciliyində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova və Lalə Hüseynova çıxış edəcək.
İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarış aprelin 11-də başa çatacaq. 137 şahmatçının iştirak edəcəyi Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvilidir (Gürcüstan). Turnirin mükafat fondu 60 min avrodur. Çempion olacaq şahmatçı 10 min avro əldə edəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq. Avropa çempionatında ilk 10 yeri tutacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.