Azərbaycanın qadın şahmatçısı beynəlxalq turnirdə mübarizə aparır
Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan şahmat turniri keçirilir.
Sportline.az xəbər verir ki, yarışda Azərbaycanı Gülnar Məmmədova təmsil edir. 3 turdan sonra turnir cədvəlinə aktivində 3 xal olan Valentina Qunina başçılıq edir. Məmmədova isə 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, 9 turdan ibarət yarışın ümumi mükafat fondu 50 000 ABŞ dollarıdır. Turnirin baş hakimi azərbaycanlı İlahə Qədimovadır.
Yarışda 10 ölkədən 111 iti zəka sahibi mübarizə aparır.