Azərbaycanın UEFA reytinq xalları artıb

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda TNS (Uels) üzərində qələbəsi Azərbaycanın UEFA reytinqi xallarını artırıb.

Sportline.az xəbər verir ki, 2:1 hesablı qələbə aktivə daha 0.250 xal yazdırıb.

Hazırda Azərbaycan 19.563 xalla reytinqdə 26-cı sıradadır.

25-ci yerdə 20.750 xalla İsrail, 27-ci sırada isə 18.313 xalla Bolqarıstan qərarlaşıb.

Siyahıya 98.520 xalla İngiltərə başçılıq edir.

Banner