Azərbaycanın üzgüçülük millisinin baş məşqçisi yeni vəzifəyə təyin edilib
Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov yeni vəzifəyə təyin edilib
Bu barədə Sportline.az-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mütəxəssis postundan ayrılaraq fəaliyyətini federasiyada müşavir kimi davam etdirəcək.
Qeyd edək ki, Rəşad Əbdürəhmanov 12 il Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışıb.