"Azərreyl"dən növbəti məğlubiyyət

Qadın voleybolçular arasında Çempionlar Liqasının 3-cü turu davam edir. SportLine.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən "Azərreyl" yarışda növbəti görüşünü keçirib. Kazanın "Dinamo" klubu ilə qarşılaşan paytaxt klubu növbəti dəfə məğlubiyyətə uğrayıb. Rəqib qələbəni 3 setə əldə edib.

26 noyabr 2015

Çempionlar Liqası
Qrup mərhələsi, 3-cü tur

"A" qrupu

“Dinamo” (Kazan, Rusiya) - “Azərreyl” (Azərbaycan) - 3:0 (25:9, 25:21, 25:20)