Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turniri başa çatıb.

Sportline.az xəbər verir ki, finalda "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gəliblər.

"Günəşli" rəqibini 7:0 hesabı ilə üstələyərək çempion olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə “Biləcəri” və “Mərdəkan” münasibətlərə aydınlıq gətiriblər. Əsas vaxt heç-heçə (4:4) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan (3:1) "Mərdəkan" futbolçuları üçüncü yeri tutublar.

Mükafatlandırmada gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.