Bakı Qran Prisində Maqnusseni 19 yaşlı pilot əvəzləyəcək

"Xaas" komandası Formula 1 üzrə Bakı Qran-prisində maraqlı addımla gündəmə gələcək.

Sportline.az xəbər verir ki, komandanın əsas pilotu Kevin Maqnusseni 19 yaşlı Oliver Berman əvəzləyəcək.

Bu haqda komandanın rəsmi səhifəsində məlumat yayılıb.

Buna Maqnussenin "Alpin"in pilotu Pyer Qasli ilə toqquşmaya görə cəzalandırılması səbəb olub.

Xatırladaq ki, Bakı Qran-prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.