Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mükafatçıları müəyyənləşib

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun mükafatçıları müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu gün baş tutan həlledici görüşlərin ardından medalçılar bəlli olub.

Norveçli Maqnus Karlsen karyerasında ilk dəfə bu titula sahib çıxıb. Beşqat dünya çempionu finalda hindistanlı Rameşbabu Praqqnanandha üzərində qələbə qazanıb. Daha təcrübəli Karlsen tay-brekdə bir qələbə və bir heç-heçəyə nail olaraq, qızıl medala yiyələnib.

3-cü yer uğrunda görüşdə isə Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə Dünya Kubokunda 4-cü yeri tutub.