Bakıda yeni rekord qeydə alınıb
Azərbaycanda ilk dəfə keçirilən UFC turnirində yeni rekord müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu barədə “MMA Junkie” məlumat yayıb.
Bakı Kristal Zalında baş tutan turnirdə 12 döyüş ümumilikdə 2 saat 53 dəqiqə 52 saniyə davam edib.
Bu, UFC tarixinə ən uzun 11-ci döyüş gecəsi kimi düşüb.
Qeyd edək ki, UFC-nin növbəti turniri iyunun 29-da ABŞ-nin Las-Veqas şəhərində təşkil olunacaq.