Balotelli avtomobil qəzası keçirib

Türkiyənin “Adana Demirspor” klubunun forvardı Mario Balotelli gecə saatlarında şəxsi avtomobili ilə qəza törədib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, italiyalı futbolçu alkotesterdən keçməkdən imtina edib.

Futbolçunun hadisə yerindən təcili tibbi yardım maşını ilə uzaqlaşdırdığı bildirilib.

Qeyd edək ki, “Adana Demirspor” klubunun rəsmi məlumatında futbolçunun sağlamlığında hansısa bir problem olmadığı deyilib.