Balotelliyə ən pis məşqçi Brendan Rocersdir

"Adana Dəmirspor"un futbolçusu Mario Balotelli işlədiyi ən pis məşqçinin adını açıqlayıb.

Sportline.az "TV Play"ə istinadla xəbər verir ki, 33 yaşlı futbolçus bu ada 2014-2015-ci illərdə “Liverpul”dakı baş məşqçisi Brendan Rocersi layiq görüb..

Balotellinin sözlərinə görə, şimali irlandiyalı mütəxəssisin məşq zamanı keyfiyyətlərini bəyənsə də, insan kimi heç də yaxşı olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Rocers hazırda "Seltik"i çalışdırır.