Barış Alpər Yılmaz karyerasında ilkə imza atıb
"Qalatasaray"ın 23 yaşlı gənc futbolçusu Barış Alpər Yılmaz ilkə imza atıb.
Sportline.az xəbər verir ki, gənc hücumçu "Başakşəhər"lə görüşün 24-ci dəqiqəsində vurduğu qolla ilk dəfə 3 oyun ardıcıl fərqlənməyi bacarıb.
Barış Alpər Yılmaz daha öncə "Qaziantepspor" və "Samsunspor"la görüşdə də fərqlənmişdi.
Qeyd edək ki, Barış Alpər Yılmaz 37 oyunda 3 qol, 5 asistlə yadda qalıb.