"Barselona" belçikalı futbolçunu istəyir

"Barselona" belçikalı yarımmüdafiəçi üçün təklif göndərməyə hazırlaşır. 

Sportline.az Eurosports.com-a istinadla xəbər verir ki, "kataloniyalılar" "Everton"un futbolçusu Amadu Onana üçün "Mançester Yunayted" və "Arsenal"ın rəqibi olub. 

İspaniya klubu Onananı transer etmək üçün Frenki De Yonqu komandadan göndərmək məcburiyyətində qalacaq. 

Qeyd edək ki, "Everton" klubu 22 yaşlı futbolçu üçün təklif göndərən komandalardan 51 milyon funt sterlinq tələb edib.