"Barselona" Çempionlar Liqasının qalibidir

"Barselona" futzal klubu Çempionlar Liqasının baş mükafatına layiq görülüb.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi finalda İspaniyanın digər komandası - "El Poso"nu məğlubiyyətə uğradıb - 2:1.

"Barselona" yarımfinalda Rusiyanın KPRF, "El Poso" isə, "Tümen" komandalarını üstələyib.

3-cü yer uğrunda görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə KPRF daha dəqiq olub - 3:1.