"Barselona" Feliksin qalması üçün mübarizə aparır

Joao Feliks icarə müddəti bitdikdən sonra komandada qala bilər.

Sportline.az "Sport.es"ə istinadla xəbər verir ki, "Barselona"nın prezidenti Joan Laporta bunun reallaşması üçün əlindən gələni edəcəyini bildirib.

“Joao belə oynamağa davam edərsə, onu komandada saxlamaq üçün çox çalışacağıq. "Barselona"nın məqsədi La Liqada qızıl və Çempionlar Liqasında qələbədir. Dekunun Xavi ilə əla münasibəti var. Baş məşqçinin işindən çox razıyam, o, komandaya rəhbərlik etməkdə əladır”, - "Sport.es" Laportadan sitat gətirib.

Feliks La Liqada 6 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.