“Barselona” futbolçusu ilə yeni müqavilə bağlayıb
"Barselona" fransalı futbolçusu Jül Kunde ilə yeni müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, futbolçu 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş yeni müqaviləyə qol çəkib.
Bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Kunde 2022-ci ildən "Barselona"da çıxış edir.