"Barselona" gənc futbolçusunu satmaq qərarına gəlib
"Barselona" gənc futbolçusunu satmaq qərarına gəlib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "kataloniyalılar" mövsümün əvvəlində satmaq istəmədiyi Pedri ilə bağlı fikrini dəyişib.
Klub rəsmiləri uzun müddətdir zədədən əziyyət çəkən gənc ulduzun komandada qalmasını istəmədiklərini bildiriblər.
Qeyd edək ki, daha öncə İngiltərə klubları təklif göndərsələr də "Barselona" Pedrinin satılmayacağını açıqlamışdılar.