“Barselona” ingiltərəli futbolçunu istəyir

"Barselona" klubu ingiltərəli hücumçunun tramsferində maraqlıdır.

Sportline.az xəbər verir ki, İspaniya klubu "Mançester Yunayted" klubuna məxsus olan Meyson Qrinvudu heyətinə qatmaq istəyir.

"Xetafe"də icarə əsasında çıxış edən futbolçu mövsüm sonunda İngiltərəyə gedi dönəcək. "Barselona" rəsmiləri Qrinvud üçün rəsmi təklif göndərəcəklər.

Qeyd edək ki, "qırmızı şeytanlar"ın yeni sahibi Ser Cim Ratkliff futbolçunun yenidən komandada çıxış edə biləcəyini deyib.