"Barselona" ispaniyalı futbolçu ilə bağlı yekun qərarını verib

"Barselona" klubu 19 yaşlı ispaniyalı futbolçu ilə bağlı son qərarını verib. 

Sportline.az xəbər verir ki, "PSJ"klubunun transfer etmək istədiyi yarımmüdafiəçi Qavi uzun müddət "kataloniyalılar"ın şərəfini qoruyacaq.

"Barselona" rəsmiləri Qavinini satmadıqlarını və yeni müqavilə təklif edəcəklərini bildiriblər.

Qeyd edək ki, Qavi bu mövsüm çıxdığı 15 oyunda 2 qol, 1 asistlə yadda qalıb.