“Barselona” italiyalı stopperlə razılaşdı
“Barselona” klubu “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə mümkün yay transferi üçün ilkin razılığa gəlib. Razılaşma 2031-ci ilə qədər nəzərdə tutulan beşillik müqaviləni əhatə edir.
Sportline.ax xəbər verir ki, italiyalı mərkəz müdafiəçisi “Kamp Nou”ya keçidə razılıq verib və karyerasında yeni mərhələyə başlamağa hazırdır.
Kataloniya təmsilçisi 2026-cı il dünya çempionatından əvvəl transferi yekunlaşdırmaq üçün “İnter”lə rəsmi danışıqlara başlamağı planlaşdırır.
Lakin əsas çətinlik bundan sonra başlayır. Belə ki, “İnter” futbolçu üçün təxminən 70 milyon avro tələb edir və bu məbləğ “Barselona” üçün ciddi maneə hesab olunur.