“Barselona” fransalı futbolçunu “Real”ın əlindən ala bilər
"Barselona" fransalı ulduz futbolçunu "Real Madrid"in əlindən ala bilər.
Sportline.az Marca.com-a istinadən xəbər verir ki,PSJ-nin hücumçusu Kilyan Mbappe “Real Madrid”in ona olan marağına baxmayraq ,azad agent kimi “Barselona”ya keçə bilər.
Mənbənin sözlərinə görə,Kataloniya klubu yayda forvardın azad agent kimi müqavilə bağlaması imkanlarını müzakirə etməyə başlayıb,bunu üçün onlar bir neçə əsas oyunçusunu ,həmçinin "Barca Studios"-un səhmlərini satmalı olacaqlar.
"PSJ"nin heyətində bu mövsüm 19 oyuna çıxan ulduz futbolçunun aktivində 20 qol,3 məhsuldar ötürmə var.
Qeyd edək ki,klubla müqaviləsi bu ilin yayında başa çatacaq Mbappenin transfer qiyməti 180 milyon avrodur