"Barselona" "Monako" qarşısına itkilərlə çıxacaq

Bu gün UEFA Çempionlar Liqasında Liq mərhələsinin ilk turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, yarışın favoritlərindən sayılan "Barselona" mübarizəyə səfər matçı ilə başlayacaq.

İspaniya La Liqasının lideri "Monako"nun qonağı olacaq. 

Komandnın baş məşqçisi Hans Flik qayğılıdır.

Belə ki, "Barselona"nın heyətində ciddi itkilər var. Dani Olmo, Fermin Lopez, Kristensen, Ronald Arauxo, Frenki De Jonq və Qavi bu qarşılaşmanı buraxmalı olacaq.

"Monako"nun isə meydana optimal heyətlə çıxacağı bildirilir.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşü niderlandlı hakim Allard Lindhout idarə edəcək.