"Barselona" Premyer liqa futbolçusunu istəyir
"Barselona" klubu "Tottenhem"in 27 yaşlı futbolçusu Ciovanni Lo Celsunu heyətinə qatmaqda maraqlıdır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "kataloniyalılar" təcrübəli yarımmüdafiəçi üçün İngiltərə klubu ilə danışıqlara başlayıb.
"Baeselona" klubunun maddi probelmləri transferin gerçəkləşməsi üçün problemlər yaratsa da İspaniya klubu futbolçunu heyətinə qatmaq üçün çalışacağını bildirib.
Qeyd edək ki, Ciovanni Lo Celsu bu mövsüm "Tottenhem" forması ilə çıxdığı 7 oyunda 2 qolla yadda qalıb.