"Barselona" - "Sevilya" matçı Mərakeşdə
İspaniya Super Kuboku uğrunda matç Mərakeşdə keçiriləcək.
SportLine.az İspaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, La Liqanın qalibi "Barselona" və Kubokun finalçısı "Sevilya" arasındakı görüşün Mərakeşdə təşkili barədə qərar qəbul edilib.
Qeyd edək ki, matçın avqustun 12-də keçirilməsi planlaşdırılıb.