"Barselona" və "Atletiko Madrid" ingiltərəli futbolçunu istəyir

"Barselona" və "Atletiko Madrid" 28 yaşlı ingiltərəli yarımmüdafiəçinin transferində maraqlıdır. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, Kalvin Filipslə maraqlanan İspaniya klubları "Mançetser Siti"yə təklif göndərməyə hazırlaşırlar. 

"Barselona" rəhbərliyi maliyə feir pleyindən ötrü Kalvin Filipsin transferi üçün ən azı bir futbolçusunu satmalı olacaq. "Atletiko Madrid" yarımmüdafiəçi üçün təklif göndərsə də "Mançester Siti" rəhbərliyi keçidlə bağlı razılıq verməyib. 

Qeyd edək ki, Kalvin Filips bu mövsüm "Mançester Siti" forması ilə çıxdığı 10 oyunda 1 qolla yadda qalıb.