"Barselona" və "Mançester Yunayted" Leaonu transfer etmək istəyir
"Milan"ın futbolçusu Rafael Leao Avropa nəhənglərinin transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, "Barselona" və "Mançester Yunayted" 27 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, R.Leao dəyəri 50 milyon avrodur.