“Barselona” yeni oyunçusu ilə müqavilə imzalayıb
"Barselona" basketbol klubu yeni oyunçu ilə müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən açıqlamada,33 yaşlı oyun qurucu Riki Rubio ilə mövsümün sonuna müqavilə imzalandığı bildirilib.
Basketbolçunun adı artıq İspanya çempionatı ve Avroliqanın iştirak ərizəsinə daxil edilib.Oyunçu hazır olduqdan sonra matçlarda iştirak edə bilər.
Xatırladaq ki, Riki Rubio ötən yay psixoloji problemlərə görə karyerasını bitirmək istədiyini dilə gətirmişdi.Oyunçu eyni zamanda İspanyanın heyətində FİBA 2023 Dünya Kubokunda da iştirak etmədi.
Qeyd edək ki,yanvarın əvvəlində Rubio 2011-ci ildən çıxış etdiyi NBA-dən ayrıldığını açıqladı.Hazırda “Barselona” Avroliqanın turnir cədvəlində ikinci yerdədir.