"Barselona' yeni mövsümün səfər formasını təqdim edib
İspaniyanın "Barselona" klubu sosial şəbəkə hesablarında 2024/2025-ci il mövsümü üçün səfər formasını təqdim edib.
Sportline.az Kataloniya klubunun rəsmi hesabına istinadla xəbər verir ki, yeni forma əsasən qara rəngdən ibarətdir.
Qeyd edək ki, Hansi Flikin rəhbərlik etdiyi komanda La Liqada 4 turdan sonra 12 xalla zirvədə qərarlaşıb.