"Barselona"da ciddi itki

"Barselona" UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Portu"ya qarşı oyununa daha bir ciddi itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, komandanın əsas qapıçısı Mark - Andre ter Ştegen bu qarşılaşmada meydanda olmayacaq.

Bu haqda El Barça juga a RAC1 məlumat yayıb. Almaniyalı qolkiperi belindəki ağrılar narahat edir.

O, komandanın son məşqində də iştirak etməyib.

Qeyd edək ki, "Barsa"nın aparıcı üzvlərindən olan Qavi də mövsümün sonunadək sıradan çıxıb. 

Hərəyə 9 xalı olan "Barselona" ilə "Portu" sabah üz-üzə gələcək.