"Barselona"da yeni müqavilə

"Barselona" gənc futbolçusu Mark Bernal ilə yeni müqavilə imzalayıb.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi daha 2 il (2026-ya qədər) Kataloniya klubunun uğurları üçün çalışacaq.

Futbolçu əsəs komanda ilə 15 oyun keçirdikdən sonra onun maaşı da artırılacaq.

"Barselona"nın öz yetirməsi olan Bernal bu mövsüm 3 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, ispaniyalı futbolçunun hazırki transfer dəyəri 1 milyon avrodur.