"Barselona"da zədə: növbəti matçı buraxacaq
"Barselona"nın qolkiperi Mark-Andre ter Ştegen zədələnib.
Sportline.az Sport.es-ə istinadla xəbər verir ki, qapıçı La Liqanın 14-cü turunda "Rayo Valyekano" ilə səfər oyunundan iştirak etməyəcək. Qarşılaşma sabah keçiriləcək.
Ter Ştegeni İnyaki Penya əvəzləyəcək.
Təcrübəli qapıçı ter Ştegen cari mövsüm "Barselona"da 17 oyunun 8-də qol buraxmayıb.