"Barselona"dan İtaliya A Seriyasına

"Barselona" futbolçusu Karles Peresi icarəyə verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu bu mövsümün sonuna kimi icarə əsasında "Roma"da çıxış edəcək. A seriyası təmsilçisi 1 milyon avro icarə haqqı ödəyib. Klub bu mövsümün sonu 11 milyon avro ödəyərək ispan oyunçunu birdəfəlik ala bilər.

Qeyd edək ki, K.Peres bu mövsüm 13 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.