"Barselona"dan "Qalatasaray"a
"Barselona"nın əslən Türkiyədən olan futbolçusu "Qalatasaray"a keçə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İlkay Gündoğanın "sarı-qırmızlar"la sözlü razılıq əldə etdiyi bildirilib.
İspaniya mediası əslən türkiyəli futbolçununda "Qalatasaray"a keçmək istədiyini amma, "Barselona" rəhbərliyinin icarə əsasında transferə icazə vermədiyi ilə bağlı məlumat yayıb. "Kataloniyalılar" İlkay Gündoğanı satmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, "Qalatasaray" klubu İlkay Gündoğana "Barselona"dan alıdğı maaşın yarısını vermək şərti ilə icarə əsasında transfer etməyi təklif ediblər, futbolçu isə qəbul edib.