"Barselona"dan "Yuventus"a?

"Barselona”nın 28 yaşlı müdafiəçisi Serji Roberto karyerasını Turin "Yuventus”unda davam etdirə bilər.

Sportline.az “Sport.es”ə istinadən xəbər verir ki, klublar digər futbolçuların da mübadiləsi haqqında danışıqlar aparır.

"Barselona" Artur Ramosu transfer edərək, "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçi əldə etmək istəyir.

Roberto 2013-cü ildən "Barselona”nın əsas heyətində çıxış edir. Müdafiəçi cari mövsümdə İspaniya çempionatında 22 matç keçirib və 1 dəfə fərqlənib. Bununla yanaşı, Roberto 2 məhsuldar ötürmə edib, 7 dəfə sarı vərəqə alıb.