Barselonanı Messi qədər sevən ikinci bir oyunçu yoxdur”

İngiltərə millisini sabiq üzvü Devid Bekhem Messi haqqında maraqlı fikirlər səsləndirib.

Sporline.az "Som I Serem FCB"in “X” sosial şəbəkəsində paylaşımına istinadla xəbər verir ki, Bekhem Messi haqda bunları deyib:
“Mən istərdim ki, Messi karyerasını bitirdikdən sonra Mayamidə yaşasın. Amma Leo  “Kamp Nou”nun ətrafında yaşamağı düşünür. Onun kimi Barselonanı sevən bir şəxs yoxdur. Onun ayağında, hətta su içdiyi qabda belə “Barselona’nın rəmzi var. Bu, onun kluba olan sevgisinin göstəricisidir”.

Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Devid Bekhem isə bu klubun ortaq sahiblərindən biridir.