"Barselona"nın futbolçusu sıradan çıxdı

"Barselona"nın futbolçusu Mark Bernal sol dizindən əməliyyat olunub.

Sportline.az xəbər verir ki, bu haqda klubun X sosial şəbəkəsindəki səhifəsi məlumat yayıb.

Yarımmüdafiəçi La Liqanın 3-cü turunda zədələnmişdi.

Müayinə nəticəsində onun dizində ön xaçvari bağların və daxili meniskin xəsarəti aşkarlanmışdı. 

17 yaşlı futbolçunun bərpası üçün bir il tələb olunduğu bildirilir. 

Qeyd edək ki, bu mövsüm 3 oyuna çıxan Bernal məhsuldarlığı ilə yadda qalmayıb.