"Barselona"nın gənc ulduzu rekorda imza atıb
"Barselona" klubunun gənc ulduzu La Liqa tarixinə düşüb.
Sportline.az idman jurnalisiti Fabritsiyo Romanonun paylaşımına istinadla xəbər verir ki, Lamin Yamal bir mövsümdə La Liqada 10 dəfədən çox fərqlənən ən gənc futbolçu olub.
Belə ki, Lamin Yamal ötən gecə keçirilən "Qranada" görüşündə qol vuraraq bu rekorda imza atıb.
Qeyd edək ki, "Barselona" - "Qranada" görüşü 3-3 hesablı heç-heçə ilə başa çatıb.