"Barselona"nın ulduz futbolçusu yenidən məşqlərə başlayıb
"Barselona"da zədəsini sağaldan Qavi komanda ilə birgə məşqlərə başlayıb.
Sportline.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Qavi İspaniya millisinin heyətində dizindən zədə alıb və mövsümün sonuna qədər sıradan çıxıb.
20 yaşlı futbolçu ötən mövsüm 15 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, "Barselona" bu mövsüm La Liqada 4 turdan sonra 12 xalla zirvədə qararlaşır.