"Barselona"nın yeni hədəfi
"Barselona"nın yeni transfer planı bəllidir.
Sportline.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, Kataloniya klubu Qavi zədələndiyi üçün "Tottenhem"in yarımmüdafiəçisi Covanni Lo Çelsonu istəyir.
Hətta Xavinin bəyəndiyi argentinalının mümkün keçidi bu il müzakirə olunub. İndi Qavinin zədələnməsi onun İspaniya klubuna keçmək ehitmalını daha da artırıb.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsüm 4 oyun keçirib və fərqlənə bilməyib.