"Barselona"nın yeni planı

"Barselona" müdafiə xəttini gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, katoloniyalılar bu məqsədlə Almaniyaya üz tutacaqlar.

"Mundo Deportivo"nun yaydığı məlumata görə, İspaniya nəhəngi "Bayer"dən Conatan Ta ilə "Bavariya"dan Yozua Kimmixi hədələyib.

Mənbə bildirir ki, klub 2025-ci ilin yayında sözügedən futbolçuları heyətə qatmağı planlaşdırır.

Həmin vaxt onlar azad agent statusunda olacaqlar.

Transfermarkt portalında Kimmixlə Tanın dəyəri müvafiq olaraq 50 və 30 milyon avro kimi göstərilir.