"Baş hakimin VAR hakimlərilə danışığı gizli qalacaq"

"Baş hakimin VAR hakimlərilə danışığı gizli qalacaq".

Sportline.az xəbər verir ki, bunu Beynəlxalq Futbol Assosiasiyaları Şurasının icraçı direktoru Lukas Brud BBC-yə danışarkən deyib. O, qurumun hakimlə VAR arasındakı dialoqu canlı yayımlamayacağını bildirib.

O, həmçinin qeyd edib ki, futbolda hər bir hakimin qərarına demək olar ki, mikroskop altında baxılır və bu, hakimlər üçün təhlükəli mühit yarada bilər.