Baş məşqçi iki oyunluq cəzalandırıldı

Moskva "Spartak"ının baş məşqçisi Gilyermo Abaskal Rusiya Futbol İttifaqının cəzasına məruz qalıb.

Sportline.az xəbər veriri ki, paytaxt klubunun çalışdırıcısı iki oyunu tribunadan izləməli olacaq.

Buna ispan baş məşqçinin "Axmat"la oyunda yol verdiyi aqressiv hərəkət səbəb olub.

Xatırladaq ki, 17-ci turun görüşündə rəqib komandanın oyunçusu Berişa qol sevincini çılğın şəkildə qeyd edərkən, Abaskalın "güləş fəndi" ilə üzləşmişdi. 

Həmin qarşılaşma 2-1 hesabı ilə "Axmat"ın xeyrinə nəticələnmişdi.