"Başakşəhər"in futbolçusu ölkəsinə geri qayıdıb

"Başakşəhər"in israilli futbolçusu ölkəsinə geri dönüb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,İstanbul təmsilçisinin futbolçusu Eden Karzayev instaqram hesabından İsrail Filistin müharibəsi ilə bağlı etdiyi paylaşıma görə komandadan uzaqlaşdırılıb. 

İsrailin "Makkabi Tel Aviv" komandasından icarə əsasında trasnfer olan futbolçu komandasına geri dönüb. 

Qeyd edək ki, "Antalyaspor"un futbolçusu Saqiv Yezxelində vurduğu qoldan sonra etdiyi hərəkət komandadan ayrılmasına səbəb olmuşdu.