"Başakşehir" əlcəzairli futbolçu ilə yollarını ayırıb

"Başakşehir" mövsümün əvvəlində heyətinə qatdığı Mehdi Abeid ilə yollarını ayırmaq qərarına gəlib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 31 yaşlı futbolçu BƏƏ təmsilçisi "Khor Fakkan"a transfer olunub.

Mehdi Abed "Başakşehir" forması ilə çıxdığı 20 oyunda 3 qol və 3 asist ilə komandasına xeyir verib.

Qeyd edək ki, əlcəzairli futbolçu daha əvvəl "Nyukasl", "Nant" və "Panatinaikos" kimi klubların şərəfini qoruyub.