Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi açıqlanıb

Sonuncu dəfə 2019-cu ildə keçirilən və pandemiya səbəbindən erkən tamamlanan basketbol üzrə Azərbaycan çempionatı yenidən bərpa olunur.

Azərbaycan Basketbol Federasiyasından Sportline.az saytına verilən məlumata görə, oktyabr 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış mərasimi baş tutacaq.

Açılış oyununda "Sərhədçi" PİK və "NTD BK" komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 18:00-da start götürəcək və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, birinci turun digər görüşləri 15 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.