Basketbol üzrə Azərbaycan kubokuna start verildi

Sərhədçi İdman Mərkəzində 2022/23 mövsümü üzrə basketbolçuların Azərbaycan kubokunun qrup oyunları olub.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qrup üzrə dörd qarşılaşma oynanılıb. Açılış oyunu A qrupunda qərarlaşmış "Sabah" və "Gəncə" komandaları arasında keçirilib. "Gəncə" 97-59 hesabı ilə rəqibini üstələyib. Ən məhsuldar basketbolçular: "Sabah BK" (Udun Osaku - 15 xal, 3 ribaund ), "Gəncə BK" ( Əkbər Məmmədov - 27 xal, 18 ribaund).

B qrupu: "NTD" - "Olimpik Şəki" 94-83. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Zak Hadson - 18 xal, 11 ribaund ), "Olimpik Şəki BK" ( Larri Robinson - 24 xal, 8 asist )

A qrupu: "AAAF Xırdalan" - "Sərhədçi" 86-69. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Deymon Makdouel - 19 xal, 6 ribaund ), "Sərhədçi PİK" (Brendon Miller - 20 xal, 5 ribaund )

B qrupu: "Zirvə Astara" - "Neftçi" 76-93. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" (Derin Conson - 27 xal, 6 asist ), "Neftçi İK" (Davit Lomidze  - 24 xal, 5 riabund )