Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan milli komandası yenidən Beynəlxalq Basketbol Federasiyasının (FIBA) reytinqinə salınıb.

Federasiyadan Sportline.az saytına verilən məlumata görə, buna yığmanın bu ildən beynəlxalq yarışlarda iştirakını bərpa etməsi səbəb olub.

Kişilərdən ibarət kollektiv iyulda Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında qüvvəsini sınayıb.

Yeni reytinq cədvəlinə əsasən, Azərbaycan millisi 78.5 xalla, 163 ölkə arasında 112-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, milli komanda 2021-ci ilin avqustunda açıqlanan FIBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq 8 ilə əsasən hesablandığından və bu müddətdə yığma heç bir rəsmi oyunda iştirak etmədiyindən siyahından kənarlaşdırılmışdı.