"Bavariya" fransalı futbolçunun transferində maraqlıdır
Almaniya nəhəngi "Bavariya" fransalı yarımmüdafiəçinin transferində maraqlıdır.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Yuventus"da çıxış edən 28 yaşlı yarımmüdafiəçi Adrian Rabiot üçün "Barselona" və "İnter" klublarının da təklif göndərməyə hazırlandığı bildirilib.
Yarımmüdafiə xəttini gücləndirmək istəyən "Bavariya" klubunun rəsmiləri mövsüm sonunda transferin gerçəkləşməsi üçün lazım olan məbləği təklif edəcəklərini deyiblər.
Qeyd edək ki, Adrian Rabiot bu mövsüm çıxdığı 20 oyunda 3 qol, 3 asistlə yadda qalıb.