"Bavariya" İstanbula bu heyətlə gəlib

Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü turun oyunları başlanır.

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri İstanbulda keçiriləcək.

"Qalatasaray"ın qonağı olacaq "Bavariya" İstanbula 18 futbolçu ilə gəlib.

Qeyd edək ki, "Qalatasaray" - "Bavariya" görüşü sabah Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.